MSK sədri təxribatlara bağlı ehtiyatlı olmağı vacib sayıb

MSK sədri təxribatlara bağlı ehtiyatlı olmağı vacib sayıb
  • Clock-gray 02:29
  • calendar-gray 10 Fevral 2020

“Çox istərdik ki, təxribat xarakterli addımlar atılmasın”.

APA-nın məlumatına görə, bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, həm ölkə daxilində, həm də ölkə xaricində kimlərinsə  təxribat xarakterli addımlar atmasına yol verməməliyik: “Belə hallara qarşı ehtiyatlı olmaq lazımdır. Artıq kifayət qədər müstəqillik tariximiz var və bu sahədə inkişaf etmiş ölkələrdən geri qalmamalıyıq”.

Firuzə Vahid

Digər xəbərlər