MSK sədri: “Deputatlığa namizədlərin 360 nəfəri 19 siyasi partiyanın siyahısında olan şəxslərdir”

MSK sədri: “Deputatlığa namizədlərin 360 nəfəri 19 siyasi partiyanın siyahısında olan şəxslərdir”
  • Clock-gray 18:39
  • calendar-gray 19 Yanvar 2020

İndiyə qədər deputatlığa namizədliyi qeydə alınan şəxslərin 360 nəfəri 19 siyasi partiyanın irəli sürdüyü namizədlər siyahısında olan şəxsdir.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov  bildirib.

MSK sədri deyib ki, 11 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb:

“1283 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb. Öz təşəbbüsü ilə irəli sürənlərin 100 nəfəri siyasi partiya üzvləridir”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date