MSK: Vətəndaşlar məntəqələrdə baş verən hadisələrlə bağlı DSK-lara müraciət etsinlər

MSK: Vətəndaşlar məntəqələrdə baş verən hadisələrlə bağlı DSK-lara müraciət etsinlər
# 24 dekabr 2019 18:49 (UTC +04:00)

“Biz vətəndaşlara müraciət edirik ki, məntəqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər”.

APA-nın xəbərinə görə, bunu Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, MSK tərəfindən dairə seçki komissiyalarına tapşırıqlar veriləcək ki, gecikdirilmədən müraciətə baxsın: “Biz onsuz da məcburuq ki, daxil olan müraciətləri dairə seçki komissiyalarına göndərək. Onun üçün vətəndaşlara müraciət edirik ki, məntəqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR