Məzahir Pənahov: “Bütün xoşagəlməz hallar qanuna uyğun şəkildə aradan qaldırılacaq”

Məzahir Pənahov: “Bütün xoşagəlməz hallar qanuna uyğun şəkildə aradan qaldırılacaq”
# 30 yanvar 2020 16:30 (UTC +04:00)

“Heç kim ətrafına insanları toplayaraq, hay-küy yaratmaqla bizi nəyəsə məcbur edəcəyini düşünməsin”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, bütün xoşagəlməz hallar qanunun tələblərinə uyğun şəkildə aradan qaldırılacaq: “Doğrudur, MSK sosial şəbəkələrdə yayılan videomateriallara diqqət yetirir. Ancaq müəyyən qrup insanlar var ki, reallığa uyğun olmayan sensasiya xarakterli məlumatları sosial şəbəkələrdə yaymağa çalışır. Bu kimi hallar qəbuledilməzdir. Amma sosial şəbəkələrdə həqiqətən qanunu pozan insanlarla bağlı məlumatlar ciddi şəkildə araşdıırlacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR