Məzahir Pənahov: “Sosial şəbəkələrdə namizədlərin təşviqatının nəzarətdə olmaması seçkidə xüsusi fəallığa səbəb oldu”

Məzahir Pənahov: “Sosial şəbəkələrdə namizədlərin təşviqatının nəzarətdə olmaması seçkidə xüsusi fəallığa səbəb oldu”
  • Clock-gray 01:48
  • calendar-gray 10 Fevral 2020

“Məcburi köçkünlərin seçkilərdə konstitusion hüquqlarından istifadə etməsinə çalışmışıq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, 1314 deputatlığa namizəddən 246 nəfəri partiyaların siyahıları ilə irəli sürülüb: “Seçkilər dövründə MSK-ya cəmi 47 müraciət olub. Bu müraciətlərin yalnız 25-i qeydiyyatla bağlı olub. Seçkilərdə qeydiyyat mərhələsində elə bir gərginlik hiss olunmayıb”.

MSK sədri qeyd edib ki, MSK təşviqat mərhələsində sosial şəbəkələrdə namizədlərin təşviqatının nəzarətdə olmaması qərarına gəldi: “Beynəlxalq təşkilatlar da bunu xüsusi vurğulayıblar. Sosial şəbəkələrdə fəallıq seçkilərdə də xüsusi fəallığa səbəb olub. Bu praktika gələcəkdə də istifadə edilməlidir”.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date