Polad Bülbüloğlu: "Fazil Qurbanovun vəfatı Azərbaycan və Rusiya elmi ictimaiyyəti üçün ağır itkidir"

Polad Bülbüloğlu: "Fazil Qurbanovun vəfatı Azərbaycan və Rusiya elmi ictimaiyyəti üçün ağır itkidir"
# 24 dekabr 2020 00:29 (UTC +04:00)

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri, akademik Fazil Qurbanovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başsağlığın deyilir:

"Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin kollektivi və şəxsən öz adımdan Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Fazil Qurbanovun vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə və bütün doğmalarına dərin hüznlə baş sağlığı verirəm.

Fazil Qurbanovun vəfatı Azərbaycan və Rusiya elmi ictimaiyyəti, Rusiyadakı Azərbaycan diasporu üçün olduqca ağır itkidir. O, uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyəti ilə tibb sahəsində çoxsaylı gənc mütəxəssislərin, alim və həkimlərin yetişməsinə böyük töhfə vermişdir. Fazil Qurbanov, həmçinin fəal ictimai xadim və nüfuzlu şəxs kimi Azərbaycan diasporunun həyatında yaxından iştirak etmiş, diaspor təşkilatlarımızın fəaliyyətinin əlaqələndirilməsi, onların vahid məqsəd ətrafında birləşdirilməsi istiqamətində əhəmiyyətli səylər göstərib və Səfirliyin keçirdiyi çoxsaylı tədbirlərdə fəal iştirak edib.

Mərhumun əziz xatirəsi onu tanıyan şəxslərin qəlbində əbədi yaşayacaqdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR