Səməd Seyidov: "Vətəndaşların ən çox müraciət etdiyi problemlər suvarma ilə bağlıdır"

Səməd Seyidov: "Vətəndaşların ən çox müraciət etdiyi problemlər suvarma ilə bağlıdır"
# 02 iyun 2020 11:55 (UTC +04:00)

“Burada dəfələrlə deputat həmkarlarım və mən təmsil etdiyimiz rayonların su problemini qaldırmışıq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Səməd Seyidov deyib.

O bildirib ki, Qənirə Paşayeva, Ramil Həsən, Jalə Əliyeva təmsil etdikləri rayonlarda olan suvarma problemindən danışıblar: “Mənim təmsil etdiyim Qazax rayonununda da bu problem var. Vətəndaşların ən çox müraciət etdiyi problemlər suvarma ilə bağlıdır. Aidiyyəti qurumları bu məsələni həll etməyə çağırıram. Artıq "Azərsu"ya müraciət etmişik”.

Spiker Sahibə Qafarova bildirib ki, su problemi bütün rayonların problemidir: “Bu, mənim təmsil etdiyim Şəmkir rayonunda da var. Bununla bağlı işlər görəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR