Zahid Oruc: “44 günlük müharibədən əvvəl qəbul edilən bəzi qanunlara yenidən baxılmalıdır”

Zahid Oruc: “44 günlük müharibədən əvvəl qəbul edilən bəzi qanunlara yenidən baxılmalıdır”
  • Clock-gray 11:56
  • calendar-gray 01 Fevral 2021

“Ermənistan parlamentində dinləmələr zamanı Paşinyan Şuşanın əhalisinin 90%-dən çoxunun azərbaycanlılar olduğunu rəsmən bəyan etdi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

Deputat bildirib ki, buna bənzər siyasi etirafı xatırlamaq çətindir: “Təəssüf ki, bu bəyanatlar ictimai-siyasi qüvvələrin müzakirəsində öz əksini tapmadı. 1999-cu ildə Ermənistan parlamentinin güllələnməsini nəzərə alsaq, Ermənistan Baş nazirinin Şuşa bəyanatından sonra ona qarşı hər hansı təhdid olmayıb. Kövrək sabitliyin, hələ davamlı olmayan sülhün və bu şəraitdə sülh müqaviləsinin imzalanması baş verə bilər. O zaman Ermənistana qarşı siyasətimizin nə cür olacağı da müəyyən ediləcək. 44 günlük Vətən müharibəsində qələbəmiz regionda yeni reallıq yaradıb. Hətta dünyanın bir çox ölkəsində təhlükəsizlik konsepsiyalarına dəyişikliklər edilib. Biz Kəlbəcərdən Zəngilana qədər 600 km-lik ərazidə üstünlük əldə etmişik. Azərbaycan həm NATO, həm də KTMT ilə eyni məsafədə qalmağı seçdi. Hərbi doktrinada bu var idi. Azərbaycan ərazisində hərbi bazaların olması məsələsi də hərbi doktrinada yer alıb. Bu məsələyə baxa bilərik. Eləcə də Vətən müharibəsi göstərdi ki, Bakı, Mingəçevir kimi şəhərlər və oradakı strateji obyektlər yüksək səviyyədə qorundu. Bununla bərabər, Bərdə, Gəncə şəhərinin qorunmasında düşmən boşluqlar tapa bildi. Hərbi doktrinada bu məsələlər yer ala bilər”.

Deputat təklif edib ki, 44 günlük müharibədən əvvəl qəbul edilən bəzi qanunlara yenidən baxılsın: “Xüsusilə qeyd-şərtlə qəbul edilən qanunlara yenidən baxmalıyıq. Bununla bağlı təklif edirəm ki, Milli Məclisin Aparatına təkliflər verilsin”.

Firuzə Vahid

Digər xəbərlər