"Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli" mövzusunda seminar-müşavirə keçirilib

"Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli" mövzusunda seminar-müşavirə keçirilib
# 12 noyabr 2019 13:30 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramına əsasən ilk dəfə olaraq "Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli" mövzusunda regional seminar-müşavirələrə start verilib.

APA-nın məlumatına görə, Bakıda baş tutan ilk seminar-müşavirədə MSK sədri Məzahir Pənahov, Ali Məhkəmənin kollegiya sədri Hikmət Mirzəyev, Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi iştirak ediblər.

Tədbir seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli ilə bağlı dairə seçki komissiyalarının məlumatının artırılması, bu istiqamətdə görülən işlərin effektivliyinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasına hədəflənib.

Mərkəzi Seçki Komissiyasının üzvləri, Komissiyanın aidiyyəti struktur bölmələrinin əməkdaşları və region üzrə dairə seçki komissiyaları sədrlərinin qatıldığı tədbirin yekununda seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli ilə bağlı bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməsi üçün çoxsaylı genişmiqyaslı maarifləndirmə layihələrindən biri kimi gerçəkləşdirilən seminar-müşavirələrin noyabrın 13-də Gəncədə, 14-də Şəkidə, 15-də Şirvanda və 18-də Naxçıvan Muxtar Respublikasında da keçirilməklə bütün seçki dairələrinin dairə seçki komissiyalarını əhatə etməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR