XİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

XİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
# 09 iyul 2019 10:41 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin (XİN) kollektivi 9 iyul – diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü və Azərbaycanda diplomatik xidmətin 100 illiyi münasibətilə Fəxri xiyabanı ziyarət edib.

APA-nın xəbərinə görə, onlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidənin önünə çiçək dəstələri düzüblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub.

Daha sonra Şəhidlər xiyabanı da ziyarət edilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarları üzərinə çiçək dəstələri düzülüb.

Qeyd edək ki, Prezident İlham Əliyev müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR