Şennak: "Səsvermə çox yaxşı təşkil edilib"

Şennak: "Səsvermə çox yaxşı təşkil edilib"
  • Clock-gray 06:49
  • calendar-gray 11 Aprel 2018

"Səsvermə prosesi çox yaxşı təşkil edilib".

Bunu APA-ya açıqlamasında 20 saylı Nərimanov ikinci seçki dairəsinin 5 saylı məntəqəsində səsvermə prosesini izləyən AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyib. O, səsvermədə çoxlu sayda insanın iştirak etdiyini söyləyib.

AŞPA müşahidə missiyasının digər üzvü, Bolqarıstandan olan Ceyhan İbrahimov da səsvermə prosesinin demokratik prinsiplərə uyğun həyata keçirildiyini bildirib: " Hər şey qaydasında gedir. İnsanlar gəlir, səs verir. Düşünürəm ki, səsvermə prosesi sona kimi də belə davam edəcək. Müşahidə missiyasının üzvləri Bakı, Bakıətrafı və bir çox regionlarda səsvermə prosesini izləyəcək ".

Fərizə Əhmədova

Digər xəbərlər

Arxiv

date