Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçuları və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırılıb

Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçuları və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırılıb
# 09 mart 2018 15:29 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR