Estoniyada yaşayan azərbaycanlılar Ermənistanın təxribatlarını pisləyib

Estoniyada yaşayan azərbaycanlılar Ermənistanın təxribatlarını pisləyib
# 03 oktyabr 2020 13:07 (UTC +04:00)

Estoniyada yaşayan azərbaycanlılar "Azərbaycan evi"nə toplaşaraq Vətənə dəstək nümayiş etdiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, görüş Azərbaycanın dövlət himninin səsləndirməsi və Şəhidlərimizin əziz xatirəsinin yad edilməsilə başlayıb.

Daha sonra Estoniyada yaşayan azərbaycanlılar adından Estoniya Respublikasının prezidentinə və digər rəsmi şəxslərə ünvanlanan bəyanat oxunub. Bəyanatda Ermənistanın BMT qətnamələrinə əməl etməməsi, Azərbaycan torpaqlarını işğal altında saxlaması, mülki azərbaycanlılara qarşı ağır artilleriyadan istifadə etməsi kimi məsələlər qeyd edilib. Soydaşlarımız Estoniya hökumətini münaqişəyə beynəlxalq hüquq və normalar çərçivəsində yanaşmağa, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması üçün mümkün addımları atmağa çağırıb.

Tədbir iştirakçıları həmçinin eston cəmiyyətinin və mediasının Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Azərbaycan mülki əhalisinə atəş açılması, sosial mediada yayımlanan dezinformasiyaların qarşısının alınması kimi mövzuları da müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR