Dövlət Komitəsi: Malatyadakı tələbələri tapa bilmirlər - VİDEO

Dövlət Komitəsi: Malatyadakı tələbələri tapa bilmirlər - VİDEO
# 13 fevral 2023 10:21 (UTC +04:00)

“Malatyadakı tələbələrdən xəbər ala bilmirik. Tələbələrdən birinin atasından və qardaşından indicə gələn mesajlar adamı dəhşətə gətirir”.

APA xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib. Onun sözlərinə görə, tələbələri tapa bilmirlər:

“Deyir qazıntı aparanlar az qala binanın dibinə qədər gedib çıxırlar. Bir neçə insanın cansız bədənini çıxarıblar. Azərbaycanlı tələbələrdən isə hələ ki, heç bir iz yoxdur”.

Qeyd edək ki, Türkiyədəki zəlzələdən sonra Malatyadakı İnönü Universitetinin azərbaycanlı tələbələri Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə barədə məlumat almaq mümkün olmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR