"Artıq azərbaycanlılar Kiyevə qayıdırlar".
APA xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Radası İdarə Heyətinin üzvü Oleq Krapiv deyib.
O bildirib ki, yavaş-yavaş həmin şəxslər öz işləri ilə məşğul olurlar:
"Bu gün problemlər əsasən Mariupol şəhəri ilə bağlıdır. Digər şəhərlərdə əmin-amanlıqdır. Çerniqovda hadisələr olanda biz azərbaycanlıları Poltova şəhərinə, Mariupolda, Zaparojidə olanları isə Kiyevə yerləşdirmişdik. Hazırda onlar da sağ-salamatdırlar, hər cür yardım göstərilir".