Nazir: “Planlarımız çoxdur, maliyyə lazımdır”

Fərid Qayıbov, gənclər və idman naziri

© APA | Fərid Qayıbov, gənclər və idman naziri

# 15 may 2022 12:43 (UTC +04:00)

“Həm idman sahəsində, həm də gənclər sahəsində planlarımız çoxdur”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

Onun sözlərinə görə, müxtəlif layihələr həyata keçirmək niyyətindədirlər: "Bunun üçün bir qədər vaxt lazımdır. Təhlillərdən sonra layihələri icra etməyə başlayacağıq. Bunun üçün maliyyə də lazımdır. Hər şey tək bizdən asılı deyil. Həm idman, həm gənclər sahəsi daima yenilənir, gecikməməliyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR