Allahşükür Paşazadə Tbilisidə Cümə məscidini ziyarət edib - FOTO

Allahşükür Paşazadə Tbilisidə Cümə məscidini ziyarət edib - FOTO
# 23 iyul 2022 12:54 (UTC +04:00)

Gürcüstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Tbilisidə Cümə məscidini ziyarət edib.

APA-nın yerli bürosu xəbər verir ki, Allahşükür Paşazadə məscidlə tanış olduqdan sonra müsəlman icmasının üzvləri ilə görüşüb.

Söhbət zamanı icmanın üzləşdiyi çətinliklər, həmçinin müxtəlif aktual məsələlərə dair müzakirələr aparılıb.

Görüşdən sonra məsciddə camaat namazı qılınıb, dualar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR