Dövlət Komitəsi: Şuşada Qazançı və digər kilsələrin bərpası davam edir

Səyyad Salahlı

© APA | Səyyad Salahlı

# 22 noyabr 2022 12:07 (UTC +04:00)

Qazançı və digər rus kilsəsinin bərpa işləri davam edir.

Bunu APA-nın sualına cavab olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.

Sədr müavini bunu Azərbaycan xalqının tolerantlıq ruhu kimi qiymətləndirib: "Allahın evi olan hər bir məkana məhəbbətlə yanaşırıq və onların bərpasını edirik. Məncə, bu bizim ermənilərlə əsas fərqlərimizdən biridir. Rus kilsəsinin də, Qazançının da bərpası istiqamətində işlər davam edir. Bu Azərbaycan xalqının tolerantlıq ruhunun ifadəsidir".

Sədr müavini məscidlərdəki dağıdılması məsələlərinə də toxunub: “İşğal dövründə Azərbaycanın 65 məscidindən 63-nü darmadağın edilib. Bu məscidləri yalnız bərpa etmirik, eyni zamanda, onları əvvəlik görkəminə qaytarırıq. Üstəlik, yeni və bəzi əlavələr də edilir".

Səyyad Salahlı Yuxarı Gövhər Ağa məscidinin bərpasının bitmək üzrə olduğunu qeyd edib: "Yuxarı Gövhər ağa məscidinin bərpası bitmək üzrədir. Həmçinin digər Aşağı Gövhər Ağa, Saatlı məscidində və digər məscidlərdə bərpa işləri davam etdirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR