Məscidlərdə vakant vəzifələrin tutulması ilə bağlı apellyasiya müraciətlərinin nəticələri açıqlanıb

Məscidlərdə vakant vəzifələrin tutulması ilə bağlı apellyasiya müraciətlərinin nəticələri açıqlanıb
# 16 mart 2023 18:09 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün cari ilin 13-24 fevral tarixlərində keçirilən müsahibənin nəticələri ilə bağlı 14 nəfər Apellyasiya Komissiyasına ərizə ilə müraciət edib.

Komitədən APA-ya verilən xəbərə görə, 15-16 mart tarixlərində Komissiyanın keçirdiyi iclasda 2 nəfərin iddiası təmin edilib, 9 nəfərin müsahibə nəticələri Müsahibə Komissiyasının qərarı tam obyektiv və əsaslı hesab edilərək qüvvədə saxlanılıb.

Qeyd edək ki, müraciət edən 3 nəfər iclasda iştirak etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR