Hidayət Orucov: “Bəzi şəxslər azanı yüksək səslə verməklə eyiblərini gizlətməyə çalışırlar” - MÜSAHİBƏ
- Dövlət Komitəsi bu məsələyə münasibətini bildirib. Mən bir daha bəyan etmək istəyirəm ki, azanın qadağan olunması və ya nə vaxtsa qadağan ediləcəyi barədə deyilən fikirlərin heç bir əsası yoxdur. Əslində, bu, yalan, hətta deyərdim, böhtan xarakterli məlumatlardır. Məqsədli şəkildə yayılan bu fikirlərlə ictimaiyyəti çaşdırmağa cəhdlər edilir və bəzən bu prosesə bilərəkdən kütləvi informasiya vasitələri də cəlb olunur. Azərbaycanda indiyədək azan verilib, bundan sonra da veriləcək. Buna heç kimin şübhəsi olmamalıdır. Amma azanın insanlara narahatlıq yaratmamaq şərti ilə verilməsinin zəruriliyi nəzərə alınmalıdır. Təəssüf ki, bəzi şəxslər müqəddəs İslam dininin mahiyyətindən irəli gələn bu prinsipə əməl etmək istəmirlər. Etiraf etmək lazımdır ki, son illər din sahəsində əhalinin narahatlığına və narazılığına səbəb olan məsələlərdən biri məscid və ziyarətgahlarda azanın səsgücləndiricilər vasitəsilə yüksək səslə verilməsindən qaynaqlanır. Bəzi ibadət yerlərində, xüsusilə əhalinin sıx məskunlaşdığı, eləcə də təhsil müəssisələrinin və xəstəxanaların yaxınlığında yerləşən məscidlərdən azanın yüksək səslə verilməsi vətəndaşlar arasında ciddi narazılıq hallarının yaranması ilə yanaşı, müqəddəs İslam dininin mahiyyətinə də kölgə salır. Mövcud vəziyyət nəzərə alınaraq, məscidlərin Axund və imamları ilə dəfələrlə lazımi söhbətlər aparılıb, vətəndaşların narazılıqları onların diqqətinə çatdırılıb. Lakin həyata keçirilən tədbirlər gözlənilən nəticəni verməyib, məscidlərdə azanın yüksək səslə verilməsi məsələsinin köklü həll olunması zərurəti yaranıb.
Ona görə də, ölkə vətəndaşlarının rahatlığını təmin etmək və müqəddəs İslam dininin humanist mahiyyətinə kölgə salınmasının qarşısını almaq üçün respublika ərazisində azanın səsgücləndiricilər vasitəsilə verilməməsi, tədricən canlı azana keçilməsi məqsədəuyğun sayılır. Dövlət Komitəsinin azanla bağlı məscidlərə verdiyi tövsiyənin mahiyyətində bu dayanır. Lakin bəzi “dindar” qruplar bu tövsiyəni azanın qadağan olunması kimi qələmə verməyə, hətta bundan hökumət qurumlarının, xüsusilə Dövlət Komitəsinin əleyhinə istifadə etməyə çalışır.
- İctimaiyyət, xüsusilə sağlam dindarlar azanla bağlı tövsiyəni dəstəkləyirmi? Ümumiyyətlə, cəmiyyətdən kəskin reaksiya gözləyirsinizmi?
- Biz cəmiyyətin bu məsələyə normal yanaşdığından əminik. Belə olmasaydı, məscidlərə azanla bağlı tövsiyə verilməzdi. Əslində, həmin tövsiyə cəmiyyətin ümumi mövqeyinin ifadəsidir. Başqa ifadə ilə desək, bu, azanın yüksək səslə verilməsi ilə bağlı əhalinin narazılığının məntiqi nəticədir. Çünki Dövlət Komitəsinə və digər dövlət qurumlarına daxil olmuş yüzlərlə şikayətə biganə yanaşa bilməzdik. Təsəvvür edin ki, azanla bağlı Dövlət Komitəsinə hər gün şikayət daxil olur. Şikayət edənlər təkcə sadə vətəndaşlar deyil, onların arasında xəstəxanalar, uşaq evləri, ali məktəblər də var. Hətta bəzi təhsil müəssisələri xahiş edir ki, yaxınlıqda yerləşən məscidlərdə günorta azanı verilməsin. Bu cür müraciətləri başa düşmək olar. Çünki Bakı şəhərində elə məscidlər var ki, həyətinin o biri başında uşaq evi yerləşir. Belə olan təqdirdə azanla bağlı tövsiyədə məkrli niyyət axtarmaq ən azı insafsızlıqdır. Bəziləri bu addımı İslama, dini ənənələrə zidd hərəkət kimi qələmə verməyə çalışır. Halbuki, digər dinlərdən humanistliyi ilə fərqlənən İslam heç bir halda din pərdəsi altında insanların rahatlığının pozulmasına haqq qazandırmır. Əksinə, insanların ümumi maraqlarını həmişə nəzərə almağa çalışır. Məsələn, azanla bağlı böyük İslam alimlərinin konkret mövqeyi var. Onlar xəstələr, uşaqlar və ahıllar üçün narahatlıq yaradacağı təqdirdə hətta azanın verilməməsini məqsədəuyğun sayırlar. Əsl din xadimləri bunu başa düşürlər. Ona görə də tövsiyəyə əməl edirlər.
Təəssüf ki, bəzi şəxslərin “gücü” azanla ölçülür. Onlar eyiblərini azanı yüksək səslə verməklə gizlətməyə çalışırlar. Təsəvvür edin ki, bəzi məscidlərdə adam olmadığı üçün səhər namazı qılınmır. Amma həmin məsciddən verilən azan şəhərin kənarından eşidilir. Məncə, bunun izahı çox sadədir: onlar mövcudluqlarını bununla sübut etmək istəyirlər.
- Hidayət müəllim, bu məsələnin qanunla tənzimlənmə mexanizmi varmı?
- Əlbəttə. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy normaları haqqında ölkə prezidentinin fərmanı var. Həmin Fərmana əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy normaları təsdiq edilib. Bir sıra məscidlərdən verilən azan bu normalara uyğun deyil. Çünki məscidlərin böyük əksəriyyətində istifadə olunan səsgücləndiricilər köhnəlib, onların istifadə müddəti çoxdan bitib. Bəzi məscidlərdə isə normalara zidd yeni səsgücləndiricilər quraşdırılıb. Təbii ki, məscidlərə tövsiyə verilərkən bütün bunlar nəzərə alınıb.
Din
Dövlət Komitəsi: İrəvandakı Göy məsciddə baş verənlər bəşəri dəyərlərə hörmətsizlikdir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib - FOTO
Xəbər Lenti
ABŞ-nin maliyyə naziri İranın ölüm təhdidlərindən qorxmadığını bildirib
Şamaxıda yol qəzasında azyaşlı xəsarət alıb
Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var
Polis Akademiyasında təcrübəyönümlü tədris metodikası tətbiq olunur
Hindistanda yük maşını ilə mikroavtobus toqquşub, azı 23 nəfər ölüb
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Tovuzda hamilə bıçaqlanıb, qardaşı saxlanılıb - YENİLƏNİB-1
Nərə kürüsü, siqaret və PVC parçaların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri dəyişdirilir
ADA Universiteti və "Bank of Baku"-nun təşkil etdiyi II “Mini-MBA” proqramı yekunlaşıb - FOTO - VİDEO
Prokurorluğa qulluğa qəbulla bağlı imtahanın tarixi dəyişdirilib
"Axios": “Mossad”ın rəhbəri ABŞ rəsmiləri ilə danışıqlar aparmaq üçün Vaşinqtona gedib
Ali məktəblərə “Tədqiqat universiteti” statusu verilməsi üçün tələblər yeni redaksiyada təsdiqlənib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Aynur Elgünəş əməliyyat olunub
Azercell və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir
CENTCOM İranın Bəhreyndə ABŞ radarını məhv etməsi barədə iddiasını təkzib edib
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb
Kallas: Aİ Ukrayna ilə bağlı danışıqlarda iştiraka hazırdır, lakin təmsilçisini özü seçəcək
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi üzrə ibtidai istintaq başa çatıb
Azərbaycan bankları 9 ayda "Blumberq"də 57.6 mlrd. manatlıq əqd bağlayıb
Külək güclənəcək - XƏBƏRDARLIQ
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Bakıda kafedə insident olub, saxlanılanlar var
Xalq artisti Firəngiz Əlizadə: Gənc dirijorumuz süni intellektlə yaradılmış musiqini Azərbaycanın simfonik əsəri kimi təqdim edir
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH
Tural Gəncəliyev: Avropanın Azərbaycan kimi güclü tərəfdaşa, Prezident İlham Əliyev kimi güclü liderə ehtiyacı var
Xalq rəssamı Fərhad Xəlilov: Təsviri sənətə ayrılan vəsaitin məbləğini əvvəlcədən bilməliyəm
Maurisio Poçettino “Mançester Yunayted”in baş məşqçisi təyin olunub
Teatrşünas İlham Rəhimli: Teatrlarda bədii rəhbər, baş rejissor vəzifələri bərpa edilməlidir
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb
Xalq artisti Fərhad Bədəlbəyli balet artistlərinin pensiya yaşı ilə bağlı narazılığını bildirib
MKA: “Microsoft Outlook” məhsulunda təhlükəsizlik boşluğu aşkarlanıb
FHN Aran Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
ADSEA sədri Naxçıvan şəhərində vətəndaşlarla görüşüb
Azercell-in “30 il səninlə” lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Kristal və “Geberit” arasında əməkdaşlıq memorandumu imzalanıb
Xalq yazıçısı Anar: Dövlət Tərcümə Mərkəzinə ayrılmış büdcə AYB-yə yönləndirilməlidir
Zakir Fərəcov sakinlərin müraciətlərini dinləyib - FOTO
"Microsoft Outlook" elektron poçt xidmətindəki nasazlıqlar NHS üçün problemlər yaradıb
Ramiz Əzizbəylinin yarım milyon manatlıq dələduzluqda ittiham olunan kürəkəni barədə qərar verilib
Kallas: Avropa təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələr atəşkəsdən əvvəl başlamamalıdır
Dan Sparks: AÇG-də qazma qurğularının sayı 7-yə çatdırılıb, səkkizinci qurğunun gətirilməsi planlaşdırılır
bp: AÇG üzrə toplanan seysmik məlumatların həcmi 1 petabayta yaxınlaşır
Kreml Ukrayna ilə bağlı yeni danışıqlar raundunun daha tez baş tutacağını güman edir