Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti Ramazanla bağlı müraciətində Roma Papasının Heydər Məscidindəki çıxışına istinad edib

Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti Ramazanla bağlı müraciətində Roma Papasının Heydər Məscidindəki çıxışına istinad edib
# 08 may 2020 17:05 (UTC +04:00)

Cari il mayın 1-də Müqəddəs Taxt-Tacın rəsmi internet səhifəsində Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti Kardinal Miguel Angel Ayuso Guiksotun Ramazan ayı münasibətilə dünya müsəlmanlarına ünvanlanmış müraciəti yerləşdirilib.

APA-nın məlumatına görə, ingilis, fransız, italyan və ərəb dillərində dərc olunmuş müraciətdə Roma Papası Fransiskin 2016-cı il oktyabrın 2-də Bakıya səfəri zamanı Heydər Məscidini ziyarət edərkən etdiyi çıxışda aşağıdakı istinad yer alır.

“Bu baxımdan, Roma Papası Fransiskin 2 oktyabr 2016-cı il tarixində Bakıdakı (Azərbaycan) Heydər Əliyev məscidini ziyarət edərkən söylədiklərini xatırlatmağa dəyər: “Bu dua yerində qardaşlıq, dostluq şəraitində keçirilən görüşümüz dinlərin məsuliyyət hissi ilə davranan insanlar arasındakı münasibətlərə, onların xoş məramına əsaslanaraq birlikdə qura biləcəyi harmoniyaya güclü bir işarədir””, - deyə müraciətdə bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR