Komitə: Azərbaycanda özəl qəbiristanlıqların salınması mümkün deyil

Komitə: Azərbaycanda özəl qəbiristanlıqların salınması mümkün deyil
  • Clock-gray 13:37
  • calendar-gray 10 May 2019

“Azərbaycanda özəl qəbiristanlıqların salınması mümkün deyil”.

APAxəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Sədr müavini bildirib ki, Nazirlər Kabinetinin təsdiqlədiyi qaydaya əsasən, köhnə və yeni salınan bütün qəbiristanlıqlar bələdiyyələrin balansında olmalıdır.

“Qaydada qəbirlər arasındakı məsafə, onların yaşayış yerində uzaqlığı və digər məsələlər göstərilib”, - deyə o əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiqlənən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda qeyd edilir ki, bu Qaydaların tələbləri Azərbaycan Respublikasının Fəxri xiyabanlarında, Şəhidlər xiyabanlarında və kütləvi (qardaşlıq) məzarlıqlarında aparılan dəfnlərə, habelə Vətən uğrunda şəhid olan hərbçilərin dəfn mərasimlərinə şamil edilmir. Qaydaya əsasən, Azərbaycan Respublikasında Fəxri xiyabanların, Şəhidlər xiyabanlarının və kütləvi (qardaşlıq) məzarlıqlarının salınması barədə qərar Nazirlər Kabineti tərəfindən qəbul edilir. Həmin yerlərdə dəfn olunacaq şəxslərin dairəsinin və dəfnlərinin təşkili qaydası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date