Komitə sədri “Qaloş piri” ətrafında baş verənlərə münasibət bildirib

Komitə sədri “Qaloş piri” ətrafında baş verənlərə münasibət bildirib
# 13 iyun 2019 17:10 (UTC +04:00)

"Goranboyda “Qaloş piri” ilə bağlı yayılan görüntülər təəssüf hissi doğurur".

APA-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, orada daimi olaraq bu cür tədbirlərin keçirilməsi ilə bağlı Komitədə məlumat olmayıb: "Komitənin yerli şöbəsi orada araşdırma aparıb və həmin adamlara izahla xəbərdarlıq olunub ki, bu cür hərəkətlər qanuna zidd və xurafatdır. Əminəm ki, onlar da müəyyən nəticə çıxarıblar və bu hal təkrar olunmayacaq. Burada xurafat elementinin olması insanların müəyyən məsələləri kifayət qədər bilməməsindən irəli gəlir. Çünki bilirik ki, insanın sağlamlığı öz əlindədir və səhhətində problem varsa, həkimə getməlidir".

M.Qurbanlı deyib ki, zaman-zaman bu cür hadisələr, xurafat elementlərinə başqa ölkələrdə də rast gəlinir: “Təbii ki, bunlar olmamalıdır. Bunun da qarşısını almaq üçün maarifləndirici iş görməli, zamanında insanlara xəbərdarlıq edilməlidir ki, bu cür hərəkətlər qanuna ziddir. Əslində bu, dini fəaliyyət deyildi. Bunu dinlə bağlamaq düzgün deyil. Bizim üzərimizə düşən öhdəliyi bilirik və lazımı tədbirləri görürük".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR