Aşıq Ələsgərin abidəsinin hazırlanması ilə bağlı Protokol imzalanıb

Aşıq Ələsgərin abidəsinin hazırlanması ilə bağlı Protokol imzalanıb
# 31 mart 2023 16:20 (UTC +04:00)

Aşıq Ələsgərin abidəsinin hazırlanması ilə bağlı hazırkı prosesə aydınlıq gətirilib.

Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin hazırlanması ilə bağlı cari ildə Protokol imzalanıb.

“Sənəd imzalandıqdan sonra texniki tapşırıq hazırlanmağa başlanılıb. Heykəlin hazırlanması və prosesin yaradıcı əməklə bağlı olduğunu nəzərə alaraq layihənin nə vaxt tamamlanacağı barədə konkret məlumat texniki tapşırıq formalaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq”, - cavabda qeyd edilir.

Xatırladaq ki, abidə ilə bağlı müsabiqə bu ilin fevralında başa çatıb və qaliblər elan olunub. Nəticəyə əsasən, 1-ci yerin qalibi Natiq Əliyev, 2-ci yerin qalibi Xanlar Əhmədov, 3-cü yerin qalibi isə Kamran Əsədov seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR