Əbülfəs Qarayev Qazaxıstan səfirini qəbul edib

Əbülfəs Qarayev Qazaxıstan səfirini qəbul edib
  • Clock-gray 17:25
  • calendar-gray 01 Avqust 2019

Avqustun 1-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayevi səlahiyyət müddətinin sona çatması münasibətilə qəbul edib.

Mədəniyyət Nazirliyindən APA- ya verilən məlumata görə, səfir Beybit İsabaev Azərbaycanda çalışdığı müddət ərzində ölkələrimiz arasında mədəniyyətin qarşılıqlı maraq kəsb edən sahələrində əməkdaşlıqdan və həyata keçirilmiş işlərdən söhbət açıb. Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə keçirilən çoxsaylı tədbirlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb.

Əbülfəs Qarayev Azərbaycan-Qazaxıstan arasında mədəniyyət sahəsində ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu dbilfirib.

Nazir Azərbaycanda səfir kimi səlahiyyət müddətinin başa çatan Beybit İsabayevə cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşün sonunda səfir qəbula görə Əbülfəs Qarayevə minnətdarlığını bildirib, bundan sonra da iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini qeyd edib. Beybit İsabayev həmçinin Azərbaycanı daim xoş təəssüratla xatırlayacağını bildirib.

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date