Məşhur Almaniya yazıçısının kitabı ˝LIBRAFF˝da təqdim ediləcək

Məşhur Almaniya yazıçısının kitabı ˝LIBRAFF˝da təqdim ediləcək
# 25 yanvar 2023 15:35 (UTC +04:00)

Almaniyanın bestseller yazıçısı Vulf Dorn Azərbaycanda kitab təqdimatı keçirəcək.

Kulis.az xəbər verir ki, ˝LIBRAFF˝ kitab mağazaları şəbəkəsi və ˝TEAS Press˝ Nəşriyyat evinin təşkilatçılığı ilə keçiriləcək imza günü və yazıçının dilimizə yeni tərcümə olunmuş ˝21 kölgə yoldaş˝ kitabının təqdimatı 2 gün davam edəcək.

İlk imza günü 4 fevral saat 14:00-da ˝LIBRAFF˝ın ˝Park Akademiya˝, ikinci imza günü isə 5 fevral saat 14:00-da ˝LIBRAFF˝ın ˝Gənclik Mall˝ filiallarında baş tutacaq.

Tədbir bütün iştirakçıların kitabları imzalananadək davam edəcək. İmza günündə iştirak sərbəstdir və heç bir qeydiyyat tələb olunmur.

Azərbaycanda imza günü keçiriləcək Vulf Dorn psixoloji triller janrında yazdığı əsərlərlə təkcə Avropada yox, bütün dünyada ən çox oxunan müəlliflərdən biridir. O, 2009-cu ildə yazdığı ilk romanı “Psixiatr”la məşhurlaşıb. Əsərləri 10-dan çox dilə tərcümə olunan Vulf Dornun ˝Psixiatr˝, "Şizofrenik", "Oyunbaz", "Fobiya", ˝21 kölgə yoldaş˝ romanları ˝TEAS Press˝ Nəşriyyat evi tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Həyatının 20 ilini psixiatriya klinikasında fəaliyyətə həsr etmiş yazıçı hazırda yalnız ədəbi yaradıcılıqla məşğuldur.

Müəllifin kitablarını ˝LIBRAFF˝ kitab mağazalarından əldə etmək və ya onlayn sifariş vermək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR