Qazaxıstan səfirliyi Qarabağda yaradılacaq kitabxanalara 500-dən çox kitab verib

Qazaxıstan səfirliyi Qarabağda yaradılacaq kitabxanalara 500-dən çox kitab verib
# 06 aprel 2022 15:54 (UTC +04:00)

Qazaxıstanın Bakıdakı səfiri Serjan Abdıkarimov M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasına sonradan Qarabağın kitabxanalarına göndəriləcək kitabların verilməsi mərasimində iştirak edib.

APA Qazaxıstan səfirliyinə istinadən xəbər verir ki, ölkənin və regionun ən qədim kitabxananın fonduna 500-dən çox kitab verilib.

Mərasim Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində baş tutub.

Verilən kitabların arasında tarixi, bədii, elmi və maarifləndirici kitablar, o cümlədən qazax nəsrin və poeziyanın antologiyası yer tutub.

​Səfir Serjan Abdıkarimov mərasimdə çıxış edərək, vurğulayıb ki, qarşılıqlı kitab mübadiləsi, qazax və Azərbaycan ədəbiyyatı mərkəzlərinin açılışı xalqlarımıza və yeni nəsillərə ümumi tarixi, mədəni və dil kökləri, çoxəsrlik dostluğu və mənəvi birliyi haqqında məhz bu kitablar vasitəsilə məlumat verilməsi çox gözəl fürsətdir.

“Hədiyyə olunan kitabların iki qardaş xalqların mədəni və təhsil qarşılıqlı zənginləşdirilməsinə və Qarabağda kitabxanaların dirçəlməsinə töhfə verəcək” - deyə əminliyini ifadə edib.

Milli Kitabxananın Direktoru Kərim Tahirov aksiyaya dəstək verilməsinə görə təşəkkürünü bildirib və qeyd edib ki, ildən ilə daha çox sayda kitab, məqalə, toplu gələcək nəsillər üçün hədiyyə verilir: “Bu kitablar gələcək nəsillər üçün önəmlidir. Təbii ki, Azərbaycan dilində olan qazax yazıçıların kitabları da Qarabağ kitabxanalarının kitab fondunu zəngin edəcək”.

Tərəflər ikitərəfli əməkdaşlığın aktual istiqamətləri, təcrübə mübadiləsi və qarşılıqlı informasiya dəstəyinin göstərilməsi məqsədilə qarşıdan gələn tədbirlərlə və kitab sərgilərlə bağlı məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR