Tacikistan jurnalında İmadəddin Nəsimi haqqında məqalələr toplusu dərc edilib

Tacikistan jurnalında İmadəddin Nəsimi haqqında məqalələr toplusu dərc edilib  
  • Clock-gray 11:18
  • calendar-gray 17 Oktyabr 2019

Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyinin dəstəyi ilə Tacikistan Respublikasında geniş oxucu kütləsinə malik olan, ədəbi-elmi və maarif yazıların nəşr olunduğu “ADAB” jurnalının 2019-cu il üzrə növbəti buraxılışında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin həyat və yaradıcılığı ilə bağlı məqalələr toplusu dərc olunub.

Səfirlikdən APA-ya bildirilib ki, buraxılışda Nürbəxşi Cahangirin “İmadəddin Nəsimi. Doğma yurddan didərgin düşmüş simurq quşu”, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Cahana sığmayan şair”, İsfəndiyarın “Günəşpərəstlik”, Azərbaycanın xalq şairi Rəsul Rzanın İmadəddin Nəsimin 600 illiyi münasibəti ilə Nəsimiyə həsr etdiyi və “Sovet Tacikistanı” qəzetinin 15 iyun 1970-ci il buraxılışında dərc olunmuş “Nəsiminin bir beytinin hekayəsi”, Azərbaycan Respublikasının Şərqşünaslıq İnstitutunun fəlsəfə doktoru Səadət Şıxıyevanın “Nəsiminin edamının siyasi faktorları”, Tacikistan Respublikasının məşhur nəsimişünası Qurban Vosenin “Nəsimi və Divanı”, “ADAB” jurnalının redaktoru Şodi Şokirzodanın “Tacikistanda İmadəddin Nəsimi əsərlərinin tədqiqi və nəşri” adlı məqalələri yer alıb.

Həmçinin klassik Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan İmadəddin Nəsiminin yaradıcılığına aid bəzi əsərlərdən parçalar jurnalda öz əksini tapıb.

Gülşən Hacıyeva

Digər xəbərlər

Arxiv

date