Türkiyəli yazıçı Yaqub Öməroğlunun kitabı Azərbaycanda nəşr olunub

Türkiyəli yazıçı Yaqub Öməroğlunun kitabı Azərbaycanda nəşr olunub
# 14 noyabr 2019 16:00 (UTC +04:00)

Avrasiya Yazarlar Birliyinin sədri, türkiyəli yazıçı Yaqub Öməroğlunun kitabı Azərbaycan dilində çap olunub.

APA-nın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü və dəstəyi ilə "Qanun" nəşriyyatında işıq üzü görən "İki çinar" adlı kitabda müəllifin müxtəlif vaxtlarda yazdığı hekayələri toplanıb. Sadə insanın ağrılarını, hiss və həyəcanlarını axıcı təhkiyəylə qələmə alan müəllif, bu hekayələrdə yalnız öz ölkəsindəki deyil, ümumilikdə bəşəri problemlərə toxunur.

"İki çinar" Yaqub Öməroğlunun Azərbaycanda işıq üzü görən ilk kitabıdır.

Kitabın Ön sözünün müəllifi yazıçı, dramaturq və ədəbiyyatşünas Pərvin, redaktoru yazıçı, jurnalist Şahanə Müşfiqdir.

Hekayələri Azərbaycan dilinə Eyvaz Zeynalov, Təranə Vahid, Afaq Şıxlı, Narıngül, Şahanə Müşfiq və Cavid Qədir tərcümə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR