Britaniyanın Baş naziri Liz Trass istefa verib

Liz Trass

© APA | Liz Trass

# 20 oktyabr 2022 16:35 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Liz Trass istefa verib.

APA-nın Britaniya bürosu xəbər verir ki, Liz Trass vəzifədə olduğu altı həftədən sonra Baş nazir postunu tərk edib.

O, “10 Downing Street” qarşısında açıqlama verib. Liz Trass mandatını yerinə yetirə bilməyəcəyini etiraf edib. O, Kral Çarlzla da danışdığını, qərarı barədə ona məlumat verdiyini bildirib.

Liz Trass növbəti həftə ərzində Mühafizəkarlar Partiyasının yeni sədrinin seçiləcəyini qeyd edib. O, yeni Baş nazir seçilənə qədər hökumət başçısı vəzifəsində qalacaq.

Liz Trass keçmiş maliyyə naziri Kvasi Kvartenq ilə birgə vergi endirimləri ilə bağlı büdcə planı açıqlasa da, o daha sonra verdiyi qərarları ləğv etmişdi. Bu isə Britaniya maliyyə bazarında ciddi problemlərə yol açmışdı.

Xatırladaq ki, Liz Trass vəzifədə cəmi 45 gün qalıb ki, bu, Böyük Britaniya tarixində ən qısa müddətdir. İkinci ən qısa müddətdə Baş nazir vəzifəsini tutan Corc Kanninq 1827-ci ildə vəfat edib və bununla da vəzifədə 119 gün qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR