XİN başçısı: “Bosniya və Herseqovina ilə iqtisadi əlaqələrin səviyyəsi qaneedici deyil”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 23 dekabr 2021 13:27 (UTC +04:00)

Bosniyalı həmkarımla müzakirələrimizdə iqtisadi əməkdaşlıq önəm kəsb etdi.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bosniyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Nazir deyib ki, ölkələr arasında iqtisadi əlaqələrin səviyyəsi qaneedici deyil, bəzi sahələrdə işlər görülməlidir, çünki potensial genişdir: “Enerji sahəsində inkişaf və qarşılıqlı fəaliyyətin irəliyə aparılması imkanları genişdir. Bu istiqamətdə Cənub Qaz Dəhlizi xüsusi önəm kəsb edir. Bosniya və Herseqovina Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında iştirak edir. Bosniya və Herseqovina Cənub Qaz Dəhlizinin şaxələndirilməsində iştirak edə bilər”.

XİN başçısı qeyd edib ki, ölkələr arasında əlavə müqavilələr imzalanacaq: “Eyni zamanda, beynəlxalq platformalarda əməkdaşlıq müzakirə olundu, bu sahədə yaxşı əməkdaşlığımız var. Biz Bosniya və Herseqovina ilə əməkdaşlığımızın inkişafında maraqlıyıq. Əminəm ki, bu səfər buna imkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR