Azərbaycan millisi FİFA reytinqində bir pillə irəliləyib

Azərbaycan millisi FİFA reytinqində bir pillə irəliləyib
# 23 iyun 2022 12:18 (UTC +04:00)

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 1127 xalla dünyanın 128-ci komandasıdır.

Canni de Byazinin yetirmələri sonuncu dəfə martda açıqlanan cədvəllə müqayisədə 1 pillə irəliləyib. Üç ay əvvəl yığmamız 129-cu sırada yer almışdı.

Komandamızın irəliləyişinə Millətlər Liqasının iyun oyunları səbəb olub. De Byazinin yetirmələri 4 qarşılaşmada 4 xal toplayıb.

Qeyd edək ki, cədvələ 1838 xala malik Braziliya başçılıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR