Azərbaycanda klub prezidenti cəzalandırılıb, futbolçuları 14 oyunluq dikvalifikasiya olunub

Azərbaycanda klub prezidenti cəzalandırılıb, futbolçuları 14 oyunluq dikvalifikasiya olunub
# 28 aprel 2022 16:03 (UTC +04:00)

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, toplantıda Region Liqasının 1/4 final mərhələsinin “Cəbrayıl” - “Energetik” (Mingəçevir) oyununda baş verən insident müzakirə olunub.

“Energetik”in prezidenti Ruslan Həmidov hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb.

Matçın 90+3-cü dəqiqəsində hakimlər briqadasını təhqir edən və referiyə fiziki təsir göstərən Mingəçevir klubunun 3 oyunçusu Elvin Əlizadə, Allahverdi Allahverdiyev və Tural Məmmədzadə 14 oyunluq diskvalifikasiyaya məruz qalıblar.

Eyni zamanda cəzası davam edən digər futbolçu Orxan Əlibabayev həmin dəqiqədə hakimlərə fiziki təsir göstərdiyi üçün 10 matçlıq cəza alıb.

Qarşılaşma 90+3-cü dəqiqədə yarımçıq dayandırıldığından, “Energetik”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR