Futbol üzrə Azərbaycan millisi Şimali Makedoniyaya məğlub olub

Futbol üzrə Azərbaycan millisi Şimali Makedoniyaya məğlub olub
# 12 iyun 2019 15:59 (UTC +04:00)

Şimali Makedoniyanın paytaxtı Skopyedə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində ilk oyununu keçirib.

APA-nın məlumatına görə, yığmamız Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Yığmamızın heyətində Ağadadaş Salyanski fərqlənib.

Qeyd edək ki, komandalar arasında növbəti oyun iyunun 13-də, Bakı vaxtı ilə saat 13:00-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR