Harri Keyn karyerasını “Mançester Yunayted”də davam etdirmək istəyir

Harri Keyn karyerasını “Mançester Yunayted”də davam etdirmək istəyir
# 31 may 2023 15:05 (UTC +04:00)

"Tottenhem"in hücumçusu Harri Keyn gələcəyi ilə bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu karyerasını “Mançester Yunayted”də davam etdirmək istəyir.

O bildirib ki, İngiltərədən kənarda oynamaq niyyətində deyil. Premyer Liqada qalmaq istəyən İngiltərə millisinin üzvü “qırmızı şeytanlar”ın formasını geyinmək arzusundadır.

London klubu mövsümlərarası fasilədə Keyni satmasa, hücumçu müqaviləsini yeniləməyəcək. Onun anlaşması 2024-cü ilin yayında bitəcək.

Qeyd edək ki, Keyn son mövsümdə 49 matçda 32 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR