Misli Premyer Liqası qlobal reytinq siyahısında mövqeyini qoruyub

Misli Premyer Liqası qlobal reytinq siyahısında mövqeyini qoruyub
# 27 yanvar 2023 17:24 (UTC +04:00)

Dünyanın ən güclü futbol liqalarının qlobal reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, xüsusi alqoritmlərlə aparılan hesabatlara əsasən tərtib olunan cədvələ 66 ölkənin çempionatı düşüb.

Misli Premyer Liqası da siyahıda yer alıb. Azərbaycan çempionatı dünyada 55-cidir. Premyer Liqamızın 23,462 xalı var. Yarış yarım il əvvəlki cədvəldə olan mövqeyini qoruyub.

Cədvəlin ilk sıralarında “Böyük beşlik liqalarıdır. İngiltərə (1451,352) 1-ci, İspaniya (865,620) 2-ci, Almaniya (847,216) 3-cüdür. İtaliya (846,991) və Fransa (544,146) “beşik”də yer alıb.

Qeyd edək ki, qardaş Türkiyə 190,584 xalla 10-cu sırada qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR