"Neftçi"nin prezidenti Emin Mahmudovun məsələsinə aydınlıq gətirib

"Neftçi"nin prezidenti Emin Mahmudovun məsələsinə aydınlıq gətirib
# 01 iyun 2023 15:30 (UTC +04:00)

“Neftçi”nin prezidenti Kamran Quliyev komandanın kapitanı Emin Mahmudovun gələcək taleyi ilə bağlı sualı cavablandırıb.

Apasport.az saytının məlumatına görə, o, “Errea” ilə müqavilə imzalama mərasimində Eminin hələ qərar vermədiyini açıqlayıb.

“Onunla söhbətim olub. Kubokun finalından sonra qərarımızı verəcəyik. Bunu bərabər oturub müzakirə edəcəyik. Söhbət tək maddiyyatla bağlı deyil. Əgər Emin "Neftçi"də qalsa, ölkədə ən çox maaş alan futbolçulardan “üçlük”də olacaq. Ona çox yaxşı təklif etmişik. Layiq olduğu təklifdir, haqq etdiyi. Son ilin performansı digər illərə nisbətən daha yaxşı idi. Emin Mahmudov Azərbaycanda tək "Neftçi"ni düşünür. Xaricə getməli olsa, sırf özü üçün yeni macəra olacaq. Dəqiq deyim ki, qərar verməyib. Kubokdan sonra biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR