PFL prezidenti: “Yoluxma sayının artması futbolumuza da təsir edə bilər"

PFL prezidenti: “Yoluxma sayının artması futbolumuza da təsir edə bilər"
# 15 iyul 2022 15:42 (UTC +04:00)

“Bu gün püşk atmamışdan əvvəl AFFA prezidenti Rövnəq Abdullayev çıxışında soruşdu ki, “Qarabağ”ın Çempionlar Liqası oyunundan sonra sırf o matçla bağlı koronavirusa yoluxma sayında artım olub, ya yox. Bunun özü xəbərdarlıqdır”.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

O bildirib ki, koronavirusa yoluxma sayının artması futbolumuza da təsir edə bilər: “Əgər koronavirusla bağlı böhran yaransa, buna hazırıq. Bu baxımdan artıq təcrübəmiz var. Gündən-günə yoluxma sayı artır. İyulun 19-da “Qarabağ”ın avrokubok matçı var. Operativ Qərargah nə qərar versə, ona əməl etmək bizim borcumuzdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR