Rusiyada keçmiş futbolçuya ordunu gözdən salmaq ittihamı ilə cinayət işi açılıb

Rusiyada keçmiş futbolçuya ordunu gözdən salmaq ittihamı ilə cinayət işi açılıb
# 24 yanvar 2023 13:33 (UTC +04:00)

Rusiyada keçmiş futbolçu və bloger Yevgeni Savinə qarşı cinayət işi açılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, "Krasava" ləqəbli Savin Rusiya ordusunu gözdən salmaqda ittiham olunur.

Onun barəsində cinayət işinə Tverskoy Rayon Məhkəməsində baxılır.

Savin özünün YouTube kanalında ukraynalı futbolçuların Ukraynadakı hərbi əməliyyatlarla bağlı fikirlərini bildirdiyi video yerləşdirib. Daha sonra o, Rusiyanı tərk etdiyini və prezidenti olduğu “Krasava” futbol klubunun Kiprdə qeydiyyatdan keçdiyini açıqlayıb.

İstintaq komitəsi keçmiş futbolçuya qarşı yoxlama başladıb. Savin Rusiya ordusunu gözdən salmaqda, habelə RF Silahlı Qüvvələri haqqında qəsdən yalan məlumat yaymaqda ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR