Türkiyə Super Liqasında mövsüm Ahmet Çalıkın adını daşıyacaq

Türkiyə Super Liqasında mövsüm Ahmet Çalıkın adını daşıyacaq
# 18 yanvar 2022 15:43 (UTC +04:00)

Türkiyə Super Liqasında 2021/22 mövsümünə “Konyaspor”un avtomobil qəzasında həlak olan futbolçusu Ahmet Çalıkın adı verilib.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) qərar verib.

Qurumun İdarə Heyətinin iclasında mövsümün qalan hissəsinin “Ahmet Çalık mövsümü” kimi yazılması qərara alınıb

Qeyd edək ki, Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Ahmet Çalık yanvarın 11-də idarə etdiyi avtomobilin yolun kənarına yuvarlanması səbəbindən vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR