Xorvatiya böyük hesabla qələbə qazanıb

Xorvatiya böyük hesabla qələbə qazanıb
# 27 noyabr 2022 22:29 (UTC +04:00)

Bu gün DÇ-2022-nin F qrupunda II tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, mundialın 8-ci gününün üçüncü matçında Xorvatiya Kanadanı sınağa çəkib.

Son mundialın vitse-çempionu ilk qələbəsini şimali amerikalılar üzərində qazanmağa çalışıb. Zlatko Daliçin yetirmələri bunu bacarıb və Kanadanın qrupda qalacağı rəsmiləşib. 36 ildən sonra mundial həyəcanı yaşayan Kanada yığması matçda hesabı açaraq bu turnirdə ilk qolunu vurmağa nail olub. Lakin xorvatlar bunun əvəzində 4 qol vuraraq xallarının sayını 4-ə çatdırıb.

Qeyd edək ki, F qrupunun digər oyununda Belçika ilə Mərakeş qarşılaşıb. Bakı vaxtı ilə saat 17:00-da başlayan oyunda afrikalılar 2:0 hesablı qələbəyə sevinib.

DÇ-2022, qrup mərhələsi
27 noyabr, II tur
F qrupu
20:00. Xorvatiya – Kanada 4:1

Qollar: Alfonso Deyvis, 2, Andrey Kramariç, 36, 70, Marko Livaya, 44, Lovro Mayer, 90+4.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR