Antuan Qrizmann “Barselona”da qalacaq

Antuan Qrizmann “Barselona”da qalacaq
# 08 iyul 2020 09:42 (UTC +04:00)

Fransa millisinin və İspaniya “Barselona”sının futbolçusu Antuan Qrizmannın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, hücumçu növbəti mövsümdə də Kataloniya təmsilçisində çıxış edəcək.

Bu, klub rəhbərliyi ilə futbolçu arasında görüşdən sonra dəqiqləşib. Rəhbərlik Antuanı inandıra bilib ki, onun xidmətlərinə güvənəcək.

Hərçənd bir müddət əvvəl futbolçunun Fransa PSJ-si, İtaliya “İnter”i və “Yuventus”una təklif olunduğu bildirilirdi. Həmçinin İngiltərə təmsilçiləri “Mançester Siti” və “Mançester Yunayted” ona maraq göstərir.

Qeyd edək ki, 2019-cu ilin yayında “Atletiko”dan 120 milyon avroya transfer olunan fransalının müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR