“Arsenal” braziliyalı hücumçusu ilə müqaviləni uzadıb

“Arsenal” braziliyalı hücumçusu ilə müqaviləni uzadıb
# 03 iyul 2020 23:35 (UTC +04:00)

İngiltərənin “Arsenal” klubu futbolçusu Qabriel Martinelli ilə yeni müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi 19 yaşlı hücumçu ilə uzunmüddətli anlaşmanın detallarımı açıqlamayıb.

Braziliyalı legionerin əvvəlki müqaviləsi 2024-cü ilin yayında başa çatmalı idi. İspaniya “Real”ının maraq dairəsinə düşən forvardın yeni anlaşmaya əsasən üç dəfə çox – həftədə 36 min avro qazanacağı bildirilir.

Qeyd edək ki, Martinelli cari mövsümün 26 oyununda 10 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR