Azərbaycan Premyer Liqasının ən məhsuldar futbolçularının siyahısı açıqlanıb

Azərbaycan Premyer Liqasının ən məhsuldar futbolçularının siyahısı açıqlanıb
# 17 mart 2020 11:00 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının arxada qalan 20 turu çempionatlar tarixinin ən məhsuldar 10 futbolçusu siyahısında heç bir dəyişikliyə səbəb olmayıb.

Apasport.az saytının məlumatına görə, bu da onunla bağlıdır ki, ən yaxşı 10 bombardir karyerasını başa vuranlardan ibarətdir.

Hələ çıxışını davam etdirənlər isə liderlərdən çox uzaqdır. “Top-10”dakı oyunçuların hamısı 100 qol səddini aşıb. Cari mövsümdə Premyer Liqada meydana çıxanlar arasında rekordçu isə Rauf Əliyevdir. O, cəmi 57 qola sevinib.

Qeyd edək ki, cədvələ 183 qol vuran Nazim Əliyev başçılıq edir. Müşfiq Hüseynov ondan 58 top geri qalır. Rövşən Əhmədovu isə ikinci pillədən 9 qol ayırır.

1

Nazim Əliyev

183

2

Müşfiq Hüseynov

125

3

Rövşən Əhmədov

116

4

Qurban Qurbanov

115

5

Samir Ələkbərov

115

6

Alay Bəhramov

108

7

Nadir Nəbiyev

103

8

Xaqani Məmmədov

102

9

Vadim Vasilyev

102

10

Kənan Kərimov

101

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR