Azərbaycan millisinin İspaniya ilə matçının tarixi açıqlanıb

Azərbaycan millisinin İspaniya ilə matçının tarixi açıqlanıb
# 07 dekabr 2020 15:29 (UTC +04:00)

Qadınlardan ibarət Azərbaycan millisinin oyunlarının yeni vaxtı müəyyənləşib.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya və Moldova ilə matçları gələn ilin fevralında baş tutacaq.

Bu ilin sentyabrın 16-da və 22-də keçirilməli olan Azərbaycan – Moldova və Azərbaycan – İspaniya qarşılaşmaları koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmışdı. UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, komandamız fevralın 18-də İspaniya, 23-də isə Moldova ilə qarşılaşacaq.

Oyunların stadionu və başlama vaxtı hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR