Azərbaycan yığması Lüksemburqla qarşılaşacaq

Azərbaycan yığması Lüksemburqla qarşılaşacaq
  • Clock-gray 01:12
  • calendar-gray 17 Noyabr 2020

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız Millətlər Liqasının qrup mərhələsində son matçına çıxacaq.

Canni de Byazinin baş məşqçisi olduğu komanda turnirə səfər qarşılaşması ilə yekun vuracaq. C liqasının 1-ci qrupunda mübarizə aparan millimiz Lüksemburqda bu ölkənin yığması ilə qarşılaşacaq.

Qrup qalibi kimi B liqasına yüksəlmək şansını itirən komandamız üçün VI turun görüşü turniri başa vurmaq baxımından əhəmiyyətlidir. Yığmamız hazırda qərarlaşdığı 3-cü pilləni qorumağı bacarsa, yarışla vidalaşacaq. 4-cü sıraya yuvarlanmaq isə C liqasında qalmaq uğrunda pley-off matçlarına qatılmaqla nəticələnəcək.

Qrup sonuncusu olmamaq üçün millimiz mütləq qalib gəlməlidir. Çünki eyni vaxtda başlayacaq digər görüşdə Kipr Monteneqronu məğlub edə bilər. De Byazinin yetirmələri taleyini monteneqroluların uduzmamasına bağlamamaq üçün Lüksemburqda 3 xal qazanmağa borcludur.

Bununla da komanda Bakıdakı 1:2 hesablı məğlubiyyətin revanşını ala bilər. Son dörd oyunda qol vura bilməyən yığma hücumdakı dişsizliyi unutdurmalıdır. Ardıcıl qolsuz heç-heçələri sıralayan futbolçularımız qalib gəlsə, rəqibin B liqası arzusunun üstündən də xətt çəkə bilər. Meydan sahiblərinin görüşə itkilərlə çıxması da Azərbaycan millisinin xeyrinədir. Düzdür, ötən tur matçın yarıdan çoxunu 10 nəfərlə qalan Monteneqronun müqavimətini qıra bilməyən yığmadan müsbət nəticə gözləmək də çətindir. Bu da onunla bağlıdır ki, milliləşən legionerlərin az-çox rəng qatdığı komanda ölkə xaricindən gələnlərin xidmətindən məhrumdur.

Qeyd edək ki, Lüksemburqun Joze Bartel stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Millətlər Liqası
VI tur, 17 noyabr
C liqası, 1-ci qrup
23:45. Lüksemburq - Azərbaycan
Baş hakim:
Feliks Zvayer (Almaniya)
Lüksemburq. Joze Bartel stadionu

1

Monteneqro

5

3

1

1

6-2

10

2

Lüksemburq

5

3

0

2

7-5

9

3

Azərbaycan

5

1

2

2

2-4

5

4

Kipr

5

1

1

3

2-6

4

ApaSport

Digər xəbərlər