Azərbaycan yığması Qətərə də uduzub

Azərbaycan yığması Qətərə də uduzub
# 27 mart 2021 22:51 (UTC +04:00)

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız Qətərlə yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Bu, Canni de Byazinin yetirmələrinin 2021-ci ildə ikinci matçı olub. Üç gün öncə dünya çempionatının seçmə oyununda Portuqaliyaya 0:1 hesabı ilə uduzan millimiz yoxlama xarakterli ilk görüşünə Macarıstanda çıxıb.

Matçın 16-cı dəqiqəsində Ramil Şeydayevin penalti zərbəsi ilə hesabı açan yığmamız 6 oyunluq qol həsrətinə son qoyub. Bu, forvardın yığmada 6-cı qolu olub. Lakin Kiprlə ötən ilin sentyabrındakı matçdan (1:0) 200 gün sonra rəqib qapısına yol tapan millimiz qələbəsizliyə son qoya bilməyib.

İkinci hissənin əvvəlində 4 dəqiqəyə iki top buraxan millimiz Asiya təmsilçisinə də uduzub. Bunadək Qətərlə keçirdiyi qarşılaşmalarda uduzmayan milli bu rəqibə də məğlub olub.

Qeyd edək ki, yığmamız üç gündən sonra DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə qarşılaşacaq. Oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.

Yoldaşlıq oyunu
27 mart
21:00. Qətər – Azərbaycan - 2:1
Qollar:
Hassan al-Haydos, 55 (pen.), 58 - Ramil Şeydayev, 16 (pen.)
Baş hakim: İvan Kruzliak (Slovakiya)

Qətər: 1. Saad Əl-Şib, 2. Pedro Migel, 4. Məhəmməd Vaad, 7. Ahmed Alaeldin, 10. Hassan al-Haydos (k), 15. Bassam Əl-Ravi, 16. Bualem Xuxi, 18. Elamin, 19. Almoez Əli, 20. Abdulsalam, 23. Assim Madibo
Ehtiyat oyunçular: 21. Mahmud Abunada, 22. Salah Zakaria, 3. Abdelkarim Hassan, 5. Tarek Salman, 6. Abdulaziz Hatem, 8. Tamim Əl-Muhaza, 9. Fodahyil, 10. Musab Xeder, 11. Məhəmməd Muntari, 12. Karim Budiaf, 14. Salem Əl-Hacri, 17. İsmayıl Məhəmməd
Baş məşqçi: Feliks Sançes
Azərbaycan: 1. Emil Balayev (k), 2. Sərtan Taşkın, 4. Bəhlul Mustafazadə, 5. Şəhriyar Əliyev, 7. Anatoli Nuriyev, 9. Ramil Şeydayev, 10. Mahir Emreli, 16. Aleksey İsayev, 19. Təmkin Xəlilzadə, 20. İsmayil İbrahimli, 22. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 12. Şahrudin Məhəmmədəliyev, 3. Amin Seeydiyev, 6. Vüqar Mustafayev, 8. Coşqun Diniyev, 11. Amil Yunanov, 13. Abbas Hüseynov, 14. Xəyal Nəcəfov, 15. Toral Bayramov, 17. Elvin Cəfərquliyev, 18. Rəhim Sadıxov, 21. Namik Ələskərov
Baş məşqçi: Canni de Byazi
Debretsen (Macarıstan). “Nagyerde” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR