Azərbaycanda bu gündən transfer pəncərəsi açılıb

Azərbaycanda bu gündən transfer pəncərəsi açılıb
# 10 yanvar 2021 13:39 (UTC +04:00)

Azərbaycanda qış transfer pəncərəsi açılıb.

Apasport.az saytının məlumatına görə, 2020/21 mövsümünün qış fasiləsindəki transferlər bu gündən qeydiyyatdan keçirilə bilər.

Peşəkar Futbol Liqasının qərarına əsasən bu dəfəki transfer dövrü 32 gün sürəcək. Klublar yeni oyunçularının keçidini fevralın 10-dək rəsmiləşdirə biləcəklər.

Qeyd edək ki, Azərbaycanda 2020/2021-ci illər mövsümünün yay transfer pəncərəsi 03.08.2020 - 05.10.2020 tarixlərini əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR