“Barselona” “Mançester Siti”nin müdafiəçisini alır

“Barselona” “Mançester Siti”nin müdafiəçisini alır
  • Clock-gray 22:47
  • calendar-gray 09 Aprel 2020

İspaniyanın “Barselona” klubunun heyətinə qatmaq istədiyi futbolçulardan biri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi İngiltərənin “Mançester Siti” klubunda çıxış edən Joau Kanselunu heyətinə qatmağa qərar verib.

Kataloniyalılar bu transferlə müdafiə xəttini gücləndirmək niyyətindədir. Barselonanın eyniadlı klubu 25 yaşlı portuqaliyalının əvəzinə Nelson Semedunu verməyə hazırdır.

Qeyd edək ki, Kanselu “Mançester Siti”yə İtaliya “Yuventus”undan keçib. O, cari mövsüm Premyer Liqada 11 matçda iştirak edib. Semedu isə La Liqada daha çox – 21 dəfə şans qazanıb.

apa-logo-mini

Digər xəbərlər