Çempionlar Liqası və Avropa Liqasının final matçının tarixi məlum olub

Çempionlar Liqası və Avropa Liqasının final matçının tarixi məlum olub
# 17 mart 2020 17:33 (UTC +04:00)

UEFA Çempionlar Liqası və Avropa Liqası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu avrokubokların bu yay yekunlaşmasını istəyir.

Koronavirus xəstəliyi azaldıqdan sonra hər iki turnir yenidən bərpa ediləcək. UEFA həm ÇL, həm də AL-i iyunun sonuna qədər bitirmək niyyətindədir. “Marca” nəşrinin iddiasına görə, qərara əsasən, Avropa Liqasının final qarşılaşması iyunun 24-də, Çempionlar Liqasının həlledici matçı isə 27-də keçiriləcək.

Qeyd edək ki, UEFA Avropa çempionatını gələn ilə keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR